Qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən Xocalı rayonunun Meşəli kəndində soyqırımı törədənlərdən biri - Xaçaturyan Vaqif Çerkezoviçin apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyi ilə baş tutan iclasda qərar elan olunub.
Vaqif Xaçaturyanın şikayəti təmin olunmayıb.
Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin 7 noyabr 2023-cü il tarixli hökmü ilə Vaqif Xaçaturyan 15 il müddətinə azadlıqdan məhrum edilib.
Meşəli soyqırımı ilə bağlı beynəlxalq axtarışda olan Ermənistan vətəndaşı Xaçaturyan Vaqif Çerkezoviç bu ilin iyulunda Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb. Onun üzv olduğu cinayətkar dəstə dekabr ayında Xocalı rayonunun Meşəli kəndində 25 nəfər azərbaycanlını öldürüb, 14 nəfərə xəsarət yetirib, 358 nəfər azərbaycanlını isə qanuni yaşadıqları yerdən didərgin salıblar.
Ona qarşı Cinayət Məcəlləsinin 103-cü (Soyqırımı-hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma) və 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə-əhalini qanuni yerləşdiyi yerlərdən başqa ölkəyə qovma və ya digər məcburi hərəkətlərlə didərgin salma) maddələri ilə ittiham elan olunub, barəsində həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə 59 nəfər zərərçəkmiş qismində tanınıb.
Bunlar Xudayarova Sürəyya Alış qızı, Zeynalov Məhəmməd Addıxan oğlu, Mehrəliyeva Elnarə Çərkəz qızı, Kazımov Xəlil Mahmud oğlu, Eyyubov Kamil Baba oğlu, Kazımov Ramil İbrahim oğlu, Rəcəbov Nemət Kamal oğlu, Salmanov Teymur Rəfi oğlu, Quliyev Mətləb Qənimət oğlu, Kazımov Səfa Xəlil oğlu, Ağayev Faiq Alış oğlu, Mehralıyev Amil Əli oğlu, Quliyeva Ruba Nağı qızı, Quliyev Qənimət Əli oğlu, Quliyev İsmayıl Qənimət oğlu, Cəbiyev Qərib Nemət oğlu, Mehralıyeva Ziba Məmməd qızı, Rəcəbov Kamran Kamal oğlu, Əzizova Elmira Məhəmməd qızı, Əkbərov Nadir Həsənbala oğlu, Novruzov Novruz Məhərrəm oğlu, Nurməmmədov Zahid Mirzə oğlu, Nurməmmədov İbrahim Hüseyn oğlu, Behbudov Behbud Hacı oğlu, Məmmədov Təmraz Heybət oğlu, Salmanov Eldar Rəfi oğlu, Novrizov Zakir Novruz oğlu, Novruzova Adilə Məhəmməd qızı, Sadıqov Ramil Ramiz oğlu, Qasımova Nübar Məhəmməd qızı, Əzimov Tahir Eyyub oğlu, Qonaqov Musa Mirzağa oğlu, Səfərəliyev Zakir Qadeş oğlu, Behbudov Əli Məhəmmədəli oğlu, Mehrəliyeva Firuzə Rza qızı, Nurməmmədova Pakizə İslam qızı, Nurməmmədov Hüseyn Rza oğlu, Hacıyev Fazil Həsən oğlu, Allahverdiyev Vidadi Müsül oğlu, Allahverdiyeva Ayşən Murad qızı, İbadullayev Nadir Nəbi oğlu, Mehrəliyeva Firuzə İsmayıl qızı, Novruzova Rübabə Novruz qızı, Hüseynov Çingiz Xanəhməd oğlu, İbadullayev Elşən İsmayıl oğlu, Alışov Alış Musa oğlu, Rəhimova Bəyim Oqtay qızı, Hacıyev Sadiq Həsən oğlu, Kazımov Məmməd İslam oğlu, Hacıyev Bayram Həsən oğlu, Salmanov Nurəddin Yekafi oğlu, Mehrəliyev Əli Mürsəl oğlu, Rəhimov Salman Oqtay oğlu, Salmanov Ədalət Yekafi oğlu, Qasımov Ənvər Bahadur oğlu, Hembətov Bəhlul Müseyb oğlu, Novruzova Rahilə Novruz qızı, Rüstəmov Hidayət Eldar oğludur.
Həmçinin Xocalı rayon İcra Hakimiyyəti də zərərçəkmiş qismində tanınıb.