23 Yanvar 2015 00:46
738
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncədə 7 avtomobilin zədələnməsi ilə nəticələnən yol nəqliyyat qəzası baş verib. APA-nın verdiyi məlumata görə, hadisə yanvarın 22-də şəhərin Nəriman Nərimanov prospektində baş verib. Prospektlə yüksək sürətlə hərəkət edən “Mersedes” markalı avtomobil üç “Mercedes”, “QAZ 24”, “Hyundai” və “Wolksvagen” markalı avtomobilə çırpılıb.

Hadisə zamanı xəsarət alan olmasa da avtomobillər ciddi zədələnib. Maşınlardan bir neçəsi yararsız hala düşüb.

Məlumata görə, qəzanı törədən sürücü 1963-cü il təvəllüdlü Alıyev Rövşən sərxoş olub.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsində araşdırma aparılır.


Müəllif: