Bakının Suraxanı rayonunda oğurluq edən şəxs məsuliyyətə cəlb edilib.
Bu barədə Teleqraf.com-a Suraxanı rayon Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, idarə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Kamran Mürsəlov tutulub. O, yanvarın 20-də Mikayıl Məmmədova məxsus “VAZ-21063” markalı avtomobili qaçırmaqda təqsirli bilinib.
Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun ötən il oktyabrın 23-də atasına məxsus “QAZ-24” markalı avtomobili, habelə ötən il oktyabrın 16-da Bakı şəhər sakini İbrahim Salmanzadə ilə birgə Seyfulla Bədəlova məxsus “VAZ-2105” markalı avtomobili qaçırması da müəyyən edilib.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə İbrahim Salmanzadə tutulub.
Hacı Zeynalov