23 Yanvar 2015 16:34
731
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dostunu öldürməyə cəhddə ittiham olunan Elnur Ramazanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hadisə 2014-cü ilin aprelin 9-da Abşeron rayonu Mehdiabad qəsəbəsinin ərazisində qeydə alınıb. Qəsəbə sakini Elnur Ramazanov münaqişə zəminində həmyerlisi Etibar Muradova bıçaqlayıb. Abşeron rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Elnur Ramazanov tutulub.

Araşdırma zamanı müəyyən edilib ki, fəhləliklə məşğul olan Elnur Ramazanov və Etibar Muradov həmin gün içki məclisi qurublar. Bir yerdə fəhlə işləyən dostların içki məclisi sonda qanla bitib. Etibar Muradov iş yoldaşı Elnur Ramazanovun qanını axıdıb.

Dostlar Mehdiabad qəsəbəsi ərazisində yeyib-içiblər. Elə masadan qalxmamış sözləri çəp gəlib. Bu zaman Etibar stolun üzərindəki bıçağı götürərək Elnura zərbə vurub. Yaralının həyatını xilas etmək mümkün olub.

Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Elnur Ramazonov 13 il müddətə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər