Bakıda külli miqdarda qanunsuz narkotik saxlamaqda ittiham olunan meyxanaçı, "Mahir Ay Brat" ləqəbi ilə tanınan Mahir Qonşuyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə baş tutan prosesdə hökm elan edilib.
Hökmə əsasən Mahir Qonşuyevin barəsində 1 il 8 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.Ona elektron qolbaq tətbiq olunacaq.
Hökmdə qeyd olunub ki, Mahir Qonşuyevin elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulub. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib, məhkəmə zalından azadlığa buraxılıb.
***
14.41
Bakıda külli miqdarda qanunsuz narkotik saxlamaqda ittiham olunan meyxanaçı, "Mahir Ay Brat" ləqəbi ilə tanınan Mahir Qonşuyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com-un xəbərinə görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham nitqi ilə çıxış edib.
Prokuror Mahir Qonşuyevin 3 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, meyxanaçının saxlanılarkən üzərində metamfetamin aşkar edilib. Həmçinin onun sosial şəbəkələrdə gənclər və yeniyetmələr arasında cinayətkarlığı təbliğ edən musiqili meyxanalar paylaşdığı müəyyən edilib.
Mahir Qonşuyevə qarşı Cinayət Məcəlləsinin 234.1-1 (satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, saxlama, daşıma) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.