19 Mart 21:20
1 195
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə Nazirliyinin yüksəkvəzifəli şəxsi həbs olunub.

Teleqraf.com xəbər verir ki, bu barədə Trend-ə Hərbi prokurorun böyük köməkçisi – Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev deyib

O qeyd edib ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin mühasibi vəzifəsində qulluq keçmiş Əliyev Alı İsrayıl oğlunun vəzifəli şəxs kimi təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifələrin icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə özü və üçüncü şəxslər üçün birbaşa və şəxsən külli miqdarda maddi neməti rüşvət istəməsinə və almasına əsaslı şübhələr olduğundan, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri ilə ittiham elan olunmuş və Bakı hərbi məhkəməsinin qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilib.

"Hazırda Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq idarəsində istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq iş üzrə bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması, eləcə də hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin ediləcəkdir", - F. Əliyev qeyd edib.


Müəllif: Teleqraf.com