Bakının Yasamal rayonunda mənzildə 3 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Teleqraf.com-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Xilasedicilər mənzilin pəncərəsindən evə daxil olaraq, vətəndaşların dəm qazından zəhərləndiklərini aşkar edib və hər üç vətəndaşı aidiyyəti üzrə təhvil veriblər.