29 Yanvar 2015 13:42
913
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhərində narkotiklərlə bağlı əməliyyat keçirilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Mövsüm İsgəndərov tutulub. Ondan 2 kiloqram 700 qram marixuana götürülüb.

Hacı Zeynalov


Müəllif: