29 Yanvar 2015 14:15
704
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA)əməkdaş və tələbələri Ermənistan prezidenti “Serj Sarkisyanın hərbi cinayətkar kimi tanınması üçün 100 min səs” petisiyasına qoşulub.

ADNA-nın mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, ADNA-nin əməkdaş və tələbələri lazım olan səsin toplanılması istiqamətində aparılan təbliğat işində yaxından iştirak edirlər. “Artıq sosal şəbəkələrdə aktiv olan gənclərimiz istər sosial media, istərsə də müəyyən tədbirlər çərçivəsində bu barədə gəncləri məlumatlandırır və daha aktiv olmağa səsləyirlər”, - deyə ADNA-nin mətbuat xidmətindən qeyd ediblər.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının nəzdindəki İşçi Qrup tərəfindən BMT Təhlükəsizlik Şurasına müraciət məqsədilə yaradılan “Serj Sarkisyanın hərbi cinayətkar kimi tanınması üçün 100 min səs” petisiyasının yanvarın 28-də Bakıda təqdimatı olub. Tədbirdə çıxış edən QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov İşçi Qrupun 20 Yanvar faciəsinə dünya ictimaiyyəti tərəfindən siyasi qiymət verilməsi haqda petisiyanın aparılması istiqamətində görülən işlərdən danışıb.

Tərkibində 17 QHT rəhbərinin olduğu İşçi Qrupun əsas işlərindən biri 20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətə çatdırılması, həmçinin Xocalı hadisələrinin birbaşa iştirakçısı olan Serj Sarkisyanın beynəlxalq cinayətkar kimi tanıdılmasıdır. İşçi Qrup Sarkisyanın hərbi cinayətkar kimi tanınması üçün 100 min səsi qısa müddətdə toplamağı planlaşdırır. Artıq təbliğat xarakterli işləri görmək üçün petisiya ilə bağlı məlumatlar beynəlxalq təşkilatlara, xarici ölkələrdəki QHT fəallarına göndəriləcək.

Gənclərimiz Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsini və apardıqları işğalçılıq siyasəti nəticəsində ölkəmizin maddi-mənəvi sərvətlərinin məhv edilib talan olunduğunu, 1 milyondan çox azərbaycanlının öz ölkəsində qaçqın və köçkün salındığını ermənilərin Xocalıda soyqırım törətdiyini nəzərə almaqla 9 milyonluq Azərbaycanın bir səslə bu kampaniyaya qoşulacağına əmin olduqlarını bəyan edirlər.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər