11 Aprel 09:24
765
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biləsuvarda çantasında "Kalaşnikov" avtomatı gəzdirən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz odlu silah gəzdirməkdə şübhəli bilinən Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş Daşqın Əzizov saxlanılıb.

Ona məxsus idman çantasından 1 ədəd "AKS-74" markalı avtomat silahı aşkarlanaraq götürülüb.

Hazırda Biləsuvar RPŞ-də cinayət işi başlanılıb.

Məhkəmənin qərarı ilə D.Əzizov barəsində həbs qətimkan tədbiri seçilib.


Müəllif: Teleqraf.com