Bakının Xətai rayonunda dava zamanı bir nəfər bıçaqlanıb.
Teleqraf.com xəbər verir ki, hadisə Əhmədli qəsəbəsində qeydə alınıb.
261 saylı orta məktəbin yaxınlığında 1999-cu il təvəllüdlü Məmmədov Ülvi Ziyarəddin oğlu tanışı ilə dava zamanı bıçaqlanıb.
Yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Faktı Xətai Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.