Gəncədə güllələnmə olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, iyunun 7-də saat 17:45-də Gəncə şəhər ərasizində Kəlbəcər rayon sakini B.Heydərovun ov silahından açılan atəş nəticəsində xəsarət alması barədə polisə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, 1981-ci il təvəllüdlü Kəlbəcər rayon sakini H.Mamedov müəyyən olunaraq saxlanılıb.
Ondan ov tüfəngi aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.