14 May 2014 16:52
867
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluğa cəhddə təqsirləndirilən Çin vətəndaşları Hang Yunguan, Zung Huylung, Xu Zhinkg, Jan Xuylinin cinayət işi üzrə məhkəmə başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 10 il müddətinə azadlıqdan məhrum edilib.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 29.177-ci (oğurluğa cəhd) maddəsinə əsasən ittiham olunublar.

Hacı Zeynalov


Müəllif: