ABŞ məhkəməsi qətldə günahkar bilinərək 34 il həbs cəzası çəkən vətəndaşa bəraət verib.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, Missuri Ali Məhkəməsi Kristofer Dannın işinə yenidən baxıb və onu təqsirsiz bilib.
Dann 1990-cı ildə, 18 yaşında olarkən yeniyetməni öldürməkdə təqsirli bilinib. İşdə heç bir tutarlı maddi sübut olmamasına baxmayaraq, məhkəmə gənci təqsirli bilib və ömürlük həbs cəzasına məhkum edib. Məhkəmə öz qərarında azyaşlı şahidlərin ifadələrinə əsaslanıb.
Prokurorların və polis məmurlarının azyaşlı şahidləri Dannın əleyhinə ifadə verməyə məcbur etdiyi ortaya çıxıb.