11 Avqust 08:00
2 686
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müstəntiqlər korrupsiyaya görə Rusiyada həbs edilmiş generallara qarşı cinayət işinin bir hissəsi olaraq qeyri-qanuni yolla əldə edilmiş daşınmaz əmlakın, bank hesablarının və digər aktivlərin yerini müəyyənləşdirməyə başlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə TASS xəbər yayıb.

Xəbərdə deyilir ki, aşkarlanan əmlakların təsdiqlənməmiş gəlirlə əldə edildiyi üzə çıxarsa, o, dövlətin hesabına keçəcək. Daşınmaz əmlak və digər obyektlərin hansı gəlirlə alındığı yoxlanılacaq.

"Araşdırmalar təkcə təqsirləndirilən şəxslərin özləri deyil, həm də onların qohumları, habelə onlara məxsus şirkətlərin nümayəndələrinin, həmçinin başqa şəxslərin adına rəsmiləşdirilən, lakin faktiki olaraq həmin şəxslərə məxsus əmlaklar müəyyən edilir” - qeyd edilib.

Son aylar Rusiya Müdafiə Nazirliyində korrupsiya qalmaqalları müzakirələrə səbəb olub. Xüsusilə, mayın 13-də Müdafiə Nazirliyinin Baş Kadrlar İdarəsinin rəisi Yuri Kuznetsov saxlanılıb - general rüşvət almaqda şübhəli bilinir. Bundan əvvəl təhlükəsizlik qüvvələri Müdafiə Nazirliyinin rəis müavini Timur İvanovu saxlayıb , o da rüşvət almaqda ittiham edilir.


Müəllif: Arzu

Oxşar xəbərlər