Rusiya müdafiə nazirinin keçmiş müavini Pavel Popovu dələduzluqda ittiham edilib.
Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
Komitənin rəsmi nümayəndəsi Svetlana Petrenko vurğulayıb ki, Popov günahını etiraf etmir. O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsi ilə ittiham olunur.
Qeyd edək ki, Pavel Popov avqustun 29-da saxlanılıb. O2021-ci ildən 2024-cü ilə qədər cavabdeh olduğu Moskva yaxınlığındakı Patriot Parkında fırıldaqçılıqla bağlı həbs edilib. Müstəntiqlərin fikrincə, keçmiş müdafiə nazirinin müavini 30 milyon rubl dəyərində dələduzluq edib.