23 Sentyabr 00:57
536
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Stellantis" konserninin rəhbəri və "Ferrari" superkar şirkətinin rəhbəri Con Elkanın əmlakına həbs qoyulub.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, İtaliya məhkəməsi Elkana məxsus 75 milyon avro dəyərində pul və aktivlərə həbs qoyub.

Aktivlərə 2024-cü ilin əvvəlində başlayan istintaq çərçivəsində həbs qoyulub. İddia olunur ki, Elkan, onun qardaşı və bacısı nənələri Marella Caracciollodan miras qalan əmlaklara görə vergi ödəməyiblər.


Müəllif: Arzu

Oxşar xəbərlər