3 Oktyabr 12:56
795
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Toplum TV”nin təsisçisi Ələsgər Məmmədlinin həbsdə saxlama müddəti uzadılıb.

Teleqraf.com xəbər verir ki, Xətai Rayon Məhkəməsi müstəntiqin vəsatəti və prokurorun təqdimatı əsasında belə qərar qəbul edib.

Qərara əsasən, Ələsgər Məmmədlinin həbs qətimkan tədbirinin müddəti 3 ay daha uzadılıb.

Eyni iş üzrə ittiham olunan Ruslan İzzətli və Akif Qurbanovun da həbs müddəti 3 ay uzadılıb.

Qeyd edək ki, Ələsgər Məmmədli bu ilin martında həbs edilib. O, qaçaqmalçılıqda ittiham olunur.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər