Bakının Qaradağ rayonunda quldurluq edən mütəşəkkil dəstənin daha bir üzvü həbs edilib. Bu barədə Teleqraf.com-a Qaradağ Rayon Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, 11-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Natiq İsayevin “VAZ-2107” markalı avtomobilini quldurluq yolu ilə almış qrupun digər üzvü - Ağcabədi rayon sakini Musa Cəfərov tutulub.
Qeyd edək ki, quldurluq hadisəsi yanvarın 10-da baş verib. həmin gün gecə saat 03:45-də Binəqədi qəsəbəsindən Bakı şəhər sakini Natiq İsayevin taksi kimi idarə etdiyi “VAZ-2107” markalı avtomobilə sərnişin kimi naməlum şəxslər əyləşibş Onlar taksi sürücüsündən Ələt qəsəbəsinə getməyi istəyiblər. Ələt qəsəbəsində onlar sürücüyə bıçaqla hədə-qorxu gələrək quldurluq yolu avtomobilini ələ keçiriblər.
Fevralın 3-də Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini 1992-ci il təvəllüdlü Rövşən Allahverdiyev tutulub.
Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
Hacı Zeynalov