Gömrükçülər üzərində narkotik vasitə keçirmək istəyən şəxsi saxlayıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı Famil Abbasovun üzərində şəxsi yoxlama zamanı onun daxili orqanından (düz bağırsağından) 42 ədəd bükümdə ümumi xalis çəkisi 99,918 qram olan narkotik vasitə - tiryək, 14 ədəd bükümdə isə ümumi xalis çəkisi 16,07 qram olan narkotik vasitə - həşiş qətranı aşkar edilib.
Naibə QURBANOVA