4 Mart 2015 12:02
704
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda ötən il baş verən cinayətin üstü açılıb.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, 2014-cü il yanvarın 20-də 05 radələrində M.Ə.Rəsulzadə qəsəbəsində yaşayan Arzu Nəsirovanın evindən 700 manat, 500 ABŞ dollar və qızıl-zinət əşyaları oğurlanıb.

Binəqədi rayon Polis İdarəsi 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Vəfa Saməddin qızı Zeynalova müəyyən olunaraq tutulub. Vəfa Zeynalova həmin evdə kirayə yaşayırmış.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər