16 May 2014 17:58
816
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Yasamal rayonunda quldurluq cinayəti baş verib.

Bu barədə Teleqraf.com-a Yasamal Rayon Polis İdarəsindən məlumat verilib.

Naməlum şəxs Elvin Quliyevin 250 manatını quldurluq yolu ilə alıb və hadisə yerindən qaçıb. Polisin keçirdiyi əməliyyat nəticəsində cinayəti törədən Elnay Əliyev tutulub.

Elnay Əliyevdən 0,227 qram heroin götürülüb. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun mayın 10-da Bakı şəhər sakini Elvin Namazova qarşı dələduzluq etməsi də müəyyən edilib.

Hacı Zeynalov


Müəllif: