Şəkidə arvad ailə münaqişəsi zəminində həyat yoldaşını bıçaqlayıb.
Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, Şəki şəhəri, 18-ci rayon L. Tolstoy küçəsi ev 25-də yaşayan 1979-cu il təvəllüdlü Zaur Nüsrət oğlu İsmayılov bel nahiyəsinin və sağ saitin kəsilmiş və didilmiş bıçaq xəsarətləri ilə xəstəxananın cərrahiyə şöbəsinə yerləşdirilib, vəziyyəti orta-stabil hesab olunur.
Şəki Şəhər-Rayon Polis Şöbəsindən APA-ya bildirilib ki, hadisə Zaur İsmayılovun yaşadığı ünvanda baş verib. Zaur İsmayılov ailə münaqişəsi zəminində həyat yoldaşı 1983-cü il təvəllüdlü Günel İlqar qızı İsmayılova və həyat yoldaşının qohumu 1986-cı il təvəllüdlü Sevda Cəlil qızı Mirzəyeva ilə mübahisə edib. Mübahisə zamanı Zaur İsmayılov həyat yoldaşı Günel İsmayılovanın və onun qohumu Sevda Mirzəyevanın əl barmaqlarına yüngül xəsarət yetirib. Bu zaman Günel İsmayılova bıçağa əl ataraq həyat yoldaşı Zaur İsmayılova yüngül bıçaq xəsarətləri yetirib.
Faktla bağlı Şəki ŞRPŞ-də araşdırma aparılır.