Bakının Binəqədi rayonunda neft şirkətindən oğurluq edilib. Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri Mirzə İbayev və Sənan Məmmədəliyev tutulublar.
Onlar martın 22-də “Binəqədi Oil Company” şirkətinə məxsus istismardan çıxarılmış 154 ədəd dəmir borunu oğurlayıblar.
Hacı Zeynalov