Hacıqabul rayonunda 40 gün əvvəl baş verən oğurluq cinayətinin üstü açılıb.
Bu barədə Teleqraf.com-a Hacıqabul Rayon Polis Şöbəsindən məlumat verilib.
Məlumata görə, oğurluq hadisəsi cari il fevral ayının 10-da baş verib. Hacıqabul rayonunun Navahı kənd sakini Sədaqət İsmayılova məxsus mobil telefon oğurlanıb.
Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Qızılburun kənd sakini İkram Kərimov saxlanılıb.
Hacı Zeynalov