25 Mart 2015 19:15
3 514
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsmayıllı rayonunda dəhşətli qətl hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a İmayıllı Rayon Prokurorluğundan məlumat verilib.

Məlmata görə, hadisə rayonun Qurban Əfəndi kəndində qeydə alınıb. Kənd sakini Məhəmməd Əhmədov həyat yoldaşı Bahar Əhmədovanı ov tüfəngindən açdığı atəş nəticəsində güllələyərək qətlə yetirib.

Hadisəni törədən Məhəmməd Əhmədov həbs edilib. İlkin araşdırma zamanı hadisənin qisqanclıq zəminində baş verdiyi üzə çıxıb. 64 yaşlı kişinin 54 yaşlı həyat yoldaşının başqa bir kişi ilə münasibətdə olmasından şübhələnərək cinayəti törətdiyi bildirilir.

Teleqraf.com-un xəbərinə görə, həyat yoldaşını öldürən Məhəmməd Əhmədov daha sonra qonşusu Allahverdi Rəhimovu da qətlə yetirib. O, həyat yoldaşının Allahverdi Rəhimovla görüşməsindən şübhələnib.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər