27 Mart 2015 15:49
827
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Qaradağ rayonunda intihar hadisəsi baş verib.

Qaradağ Rayon Prokurorluğundan Teleqraf.com-a verilən məlumata görə, hadisə rayonun Qızıldaş qəsəbəsində qeydə alınıb.

Məlumata görə, qəsəbə sakini, 1982-ci il təvəllüdlü Elmar Həsəmov özünü yaşadığı evdə asaraq ölüb. Onun intihar etməsinin səbəbləri bilinmir.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: