Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.
Yasamal Rayon Polis İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, hadisə rayonun Şərifzadə küçəsi 115 ünvanın qarşısında qeydə alınıb.
Bakı şəhər sakini, 1998-ci il təvəllüdlü Nicat Cəfərov naməlum şəxs tərəfindən bıçaqlanıb. Bir neçə bıçaq xəsarəti alan Nicat Cəfərov xəstəxanaya yerləşdirilib. Ona vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
Nicat Cəfərov orta məktəbin 10-cu sinif şagirdidir.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov