30 Mart 2015 13:47
679
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonunda quldurluq hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Nəsimi Rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, hadisə rayonun A.Mustafayev küçəsində qeydə alınıb. Naməlum şəxs Quba rayon sakini Dəyanət Məmmədova və İsmayıllı rayon sakini Toğrul Həsənliyə zor tətbiq edib mobil telefonlarını alıb.

19-cu polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Neftçala rayon sakini, əvvəllər məhkum olunmuş Ceyhun Quliyev tutulub.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər