2 Aprel 2015 09:57
532

Bu gün Sumqayıt şəhərində güclü yanğınla nəticələnən yol qəzası olub.

Teleqraf.com-un Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Sumqayıt şəhərində vətəndaşa məxsus "Nissan" markalı minik avtomobil səkiyə çırpılıb.

Qəza nəticəsində maşın alışıb.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Qəza nəticəsində avtomobilin mühərrik hissəsi yanıb.

Avtomobilin qalan hissəsi anğından mühafizə olunub. Yanğın saat 04:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: