Teleqraf.com Daxili İşlər Nazirliyinin saytına istinadən məlumat verir ki, aprelin 3-də Bakı şəhər sakinləri Sevilcan Güllərova, Kifayət Rəsulova və Salyan şəhər sakini Züleyxa Hacıyeva Şirvan şəhərində kirayədə yaşadıqları evdən dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilib.
Onlara ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.
Araşdırma aparılır.
Bundan başqa, aprelin 3-də Gəncə şəhərində yaşayan Aysel Ələkbərova dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilib.