Salyan rayonunda 4 ay əvvəl baş verən oğurluq hadisəsinin üstü açılıb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Fərəc Qasımov tutulub. O, bu ilin yanvarın 3-də Qalib Əsgərovun evindən 14000 manat və 2300 ABŞ dolları oğurlayıb.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov