8 Aprel 2015 14:49
659
12 Punto 14 Punto 16 Punto 18 Punto

Samux rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, hadisə rayonun Çobanabdallı kəndinə gedən yolda qeydə alınıb. Rayonun Qarabağlar kənd sakini, 1988-ci il təvəllüdlü Ramin Nağıyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun kənarındakı ağaca çırpılıb.

Qəza zamanı maşında olan sərnişin, 1989-cu il təvəllüdlü Afiq Rüstəmov ağır bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

Hacı Zeynalov


Müəllif: