Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda iittiham olunan 1988-ci il təvəllüdlü Süleyman Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
İttihama görə, Süleyman Əsgərov Yasamal Rayon Polis İdarəsi 28-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Süleyman günün istənilən vaxtında əsasən tələbələrə, yeniyetmələrə və taksi sürücülərinə biçaqla hədə-qorxu gələrək onların pulunu ələ keçirirmiş.
O, quldurluq yolu ilə əldə etdiyi pulları isə şəxsi istifadəsi üçün narkotik vasitələrə xərcləyib. Süleyman məhz narkotik maddələrə olan tələbatı səbəbindən bu cinayətləri törətdiyini deyib. Süleyman Əsgərov ifadəsi zamanı son 2 ay ərzində təxminən 20-yə yaxın vətəndaşa hədə-qorxu gələrək pulunu mənimsədiyini etiraf edib. Süleyman Əsgərov əvvəllərdə oğurluq və quldurluq cinayətləri törətdiyi üçün məhkumluq həyatı yaşayıb.
Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə Süleyman Əsgərov ifadə verib. Zərərçəkmiş və şahidlər dinlənildikdən sonra məhkəmə baxışı aprelin 21-nə təyin olunub.
Hacı Zeynalov