Bərdə rayonunda intihar hadisəsi baş verib.
Teleqraf.com-un Qarabağ bölgəsi üzrə müxbiri xəbər verir ki, hadisə rayonun mərkəzində, Cəfər Cabbarlı küçəsində qeydə alınıb.
Məlumata görə, rayon sakini, 1975-ci il təvəllüdlü Eldar Həsənov özünü asaraq ölüv. Eldar Həsənov iki uşaq atası idi. O, rayon ərazisində taksi sürücüsü olub.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Daşqın Abdullayev