21 Aprel 2015 18:24
606
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yevlax rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, hadisə rayonun İsmayılabad kəndində qeydə alınıb. Aran qəsəbə sakini Rauf İsgəndərov idarə etdiyi “VAZ-2107” markalı avtomobili aşırıb. Nəticədə onun xəstəxanaya yerləşdirilmiş sərnişini, Səmədabad kənd sakini Əli Sarıyev orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: