Şabran rayonunda bir ailənin üç üzvü qidadan zəhərlənib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, zəhərlənmə hadisəsi rayonun Qorgan kəndində qeydə alınıb. Kənd sakini Mehman Tahirov, arvadı İlahə və qızı Mənzurə evlərindən qidadan zəhərlənmə ilə xəstəxanaya gətiriblər. Onların balıqdan zəhərlənmələri üzə çıxıb.
Hacı Zeynalov