30 Aprel 2015 08:00
552
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xətai rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Nəcəfqulu Rəfiyev küçəsində qeydə alınıb. Paytaxt sakini Şamxal Şamxalov “Opel” markalı avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və nəticədə avtomobil yolun qarşı tərəfində dayanmış “Hyundai” markalı avtomobilə çırpılıb. Zərbənin təsiri ilə yerindən oynayan “Hyundai” arxada dayanmış “Toyota”ya dəyib.

Qəza nəticəsində “Opel”in sürücüsü Şamxal Şamxalov baş nahiyyəsindən yüngül xəsarət alıb. Ərazidə müayinə aparan polis əməkdaşları qəzaya “Opel”lə eyni istiqamətdə hərəkətdə olan “Lexus” markalı avtomobilin sürücüsünün şərait yaratdığını müəyyən ediblər. Belə ki, “Lexus”un sürücüsü hərəkət zamanı manevr edib ki, bu da “Opel”in yoldan çıxması ilə nəticələnib. Qəza baş verdiyini görən “Lexus”un sürücüsü maşınını saxlayaraq hadisə yerindən uzaqlaşıb.

Faktla bağlı araşdırma başladılıb, istintaq davam edir.

/ANS/


Müəllif:

Oxşar xəbərlər