30 Aprel 2015 15:19
578
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirli bilinən Abşeron rayon sakini Xəqanu Şükürovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, ötən ilin noyabrında Abşeron rayonu Hökməli qəsəbəsində yaşayan Xəqani Şükürov münaqişə zəminində evindən ov tüfəngi ilə Aşağı Güzdək qəsəbə sakini 22 yaşlı Kamal Qurbanovu güllələyib.

Kamal Qurbanov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Polis tərəfindən saxlanılan Xəqani Şükürov ilkin ifadəsində hadisəyə səbəb kimi, yaşadığı evin qarşında 5-6 nəfərin yüksək səslə nə layiq sözlər, söyüşlər deməsi olub.

Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı mayın 6-a təyin edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər