2 May 2015 08:33
703
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən axşam Abşeron rayonu və Şəkidə yanğın hadisələri baş verib.

Teleqraf.com-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Abşeron rayonu, Masazır qəsəbəsində ümumi sahəsi 15 kv.m olan anbarın yanar konstruksiyaları və içərisinə yığılmış köhnə istifadəsiz invertarlar yan;b. Yaxınlıqdakı məktəb binası yanğından mühafizə olunub.

Şəki şəhərində isə vətəndaşa məxsus ümumi sahəsi 272 kv.m olan birmərtəbəli 4 otaqlı evin 1 otağının tavanı 5 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki halda yanğın saa yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif: