4 May 2015 14:21
732
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Natiq Bayramovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Natiq Bayramov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, N. Bayramov işə düzəltmək adı ilə vətəndaşları aldadıb. Zərərçəkmişlərin şikayətindən sonra o, saxlanılıb.

N. Bayramov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsinə əsasən ittiham edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər