Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Bəxşeyiş Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən Bəxşeyiş Əliyev 11 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Bəxşeyiş Əliyev şəhər sakinlərinin etibarından sui-istifadə edərək onlardan pul alıb. Pulun müqabilində heç bir iş görməyib. Vətəndaşların şikayəti əsasında polis tərəfindən saxlanılan Bəxşeyiş Əliyev barəsində cinayət işi açılıb. O, Cinayət Məcəlləsinin 178.3.2 (külli-miqdarda dələduzluq) maddəsi ilə ittiham edilib.
Hacı Zeynalov