9 May 2015 00:22
619
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün saat 20:00 radələrində Bakı-Böyük Kəsik dəmiryolu xəttinin Şəmkir rayonunun Sabirkənd kəndi ərazisindən keçən hissəsində qorunmayan keçiddə qatarla minik maşını toqquşub.

Şəmkir rayon Polis Şöbəsindən Pubika.az-ın Qərb bürosuna verilən məlumata görə, hadisə zamanı minik maşınında olan sərnişin, 1996-cı il təvəllüdlü Natiq Sadıqov hadisə yerində ölüb, Sürücü və digər sərnişin 1996-ci il təvəllüdlü Elşad Heydərov isə ağır yaralanaraq Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Yaralıların vəziyyətinin ağır olduğu bildirilir. Qəza ilə əlaqədar yolda qatarların hərəkətinə məhdudiyyət qoyulub. Baş vermiş hadisə ilə bağlı Cinayət Məcəlləsinin 263.2 (nəqliyyatda ehtiyastsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.


Müəllif:

Oxşar xəbərlər