15 May 2015 00:50
703
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyalı boksçu Denis Boytsov başından ağır zədə alaraq xəstəxanaya yerləşdirilib.

ANS PRESS-in məlumatına görə, boksçunu ağır vəziyyətdə Berlin metrosunun tunelindən tapıblar.

29 yaşlı idmançı beynindən ciddi zədə aldığına görə həkimlər onu süni komaya salmaq məcburiyyətində qalıblar.

Boksçunun belə duruma necə düşməsi ilə bağlı konkret versiya yoxdu. Ancaq ilkin ehtimallara görə, Denis sərxoş vəziyyətdə olub.

Almaniyanın Hamburq şəhərində yaşayan boksçunun promouteri Kalle Zauerland hadisəni belə şərh edib: "Bədbəxt hadisənin necə baş verdiyini bilmirik. Buna görə də, heç bir şərh verməyəcəm. Biz indi Denis üçün dua etməliyik. Ümid edirəm ki, o sağalacaq".

Boytsov peşəkar rinqdə 37 görüş keçirib, 36 qələbə (27-ci nokautla) qazanıb.


Müəllif:

Oxşar xəbərlər