Bakı Apelyasiya Məhkəməsində quldurluqda təqsirli bilinən Mirtofiq və Mirsahib Mirhəsənov qardaşlarının apelyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Teleqraf.com xəbər verir ki, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin apelyasiya şikayəti üzrə qərar elan edilib. Qərara görə, Mirhəsənov qardaşlarının cəzalarının yüngülləşdirilməsi ilə bağlı apelyasiya şikayətləri təmin edilməyib.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mirtofiq Mirhəsənov 9 il, Mirsahib Mirhəsənov isə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, Bakı şəhər sakini Şükür Əzizov iki naməlum şəxsin quldurluğu ilə üzləşib. Onu hədələyən həmin şəxslər “Daewoo” markalı avtomobilini və 200 manatını alaraq hadisə yerindən qaçıblar.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Cəlilabad rayon sakinləri Mirtofiq Mirhəsənov və onun qardaşı Sahib tutulublar.
Hacı Zeynalov