Bakının Binəqədi rayonunda "Mercedes" markalı minik avtomobili yoldan çıxaraq beton sədlərə çırpılıb.
Teleqraf.com-un FHN-nin saytına istiadən verdiyi məlumata görə, nəticədə "Mercedes" markalı minik avtomobilində olan 1 nəfər sıxılmış vəziyyətdə qalıb.
Xilasedicilər vətəndaşı avtomobildən çıxarıb və hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil veriblər.