26 May 2015 17:53
656
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi olub.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Cavadxan küçəsi 40 ünvanında yerləşən “Best” çay evində qeydə alınıb.

Şay evinin işçisi, 1984-cü il təvəllüdlü Ramil İbrahimov naməlum şəxslər tərəfindən bıçaqlanıb. O, bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

Hadisəni törədən şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat tədbirləri görülür.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: