Bakının Sabunçu rayonunda dəhşətli cinayət hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə Albalılıq bağ massivində qeydə alınıb.
Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Nəsibə Qurbanova 2012-ci il təvəllüdlü Ayan Məlikzadəni və 10 aylıq körpəsi Ayşəni boğaraq öldürüb. Cinayəti törədən ana daha sonra intihara cəhd edib. Çoxlu sayda dərman içən qadın ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov