8 İyun 2015 01:39
685
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncədə yaşayış evi yanıb.

APA-nın məlumatına görə, hadisə dünən saat 19 radələrində şəhərin İsmət Qayıbov küçəsi 3-cü dalan ev 5-də qeydə alınıb.

Gəncə şəhər sakini, 1963- cü il təvəllüdlü Şahin Məmmədova məxsus ümumi sahəsi 90 kvadratmetr olan 4 otaqlı evin 81 kvadratmetrində yerləşən 3 otağı yanaraq yarasız hala düşüb.

Hadisə yerinə Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin 4 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib. Yanğının başqa evlərə keçməsinin qarşısı alınıb və bir otaq alovdan xilas edilib.

Məlumata görə, evi sahibi Şahin Məmmədov sərxoş halda özü yandırıb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif:

Oxşar xəbərlər