Bakı Ağır Cinayətlər Məhkəməsində qonşusunun boğazını kəsərək qətlə yetirməkdə təqsirli bilinən Bərxudar Ysuifovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, qətl hadisəsi ötən ilin dekabr ayında Binəqədi rayon ərazisində olan Gəncə kafesinin qarşında baş verib. Rayon sakini, 55 yaşlı Bərxudar Çərkəz oğlu Yusifov aralarında yaranmış mübahisə zəminində qonşusu, 33 yaşlı Nurlan Vaqif oğlu Ağayevi boyun nahiyəsindən bıçaqla vurub.
Nəticədə arteriyası kəsilən N. Ağayev çoxlu qan itirərək hadisə yerindəcə dünyasını dəyişib.
Polisdən həmçinin bildirilib ki, adıçəkilən şəxslər hadisə baş verən zaman sərxoş vəziyyətdə olublar. Hadisəni törədən Bərxudar Yusifov saxlanılıb.
Hakim Əqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə Bərxudar Yusifov 10 il müddətinə azadlıqdan məhrum edilib.
Hacı Zeynalov